2 C
Baku
Sunday, December 15, 2024

Kredit portfelinə nəzarət bölməsinin Baş mütəxəssisi/ Bölmə rəhbəri – Bank BTB

0
Kredit portfelinə nəzarət bölməsinin Baş mütəxəssisi/ Bölmə rəhbəri – Bank BTB
Bakı
02.02.2023

Vakansiyanın təsviri

  • Bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyyatların yaradılmasına gündəlik nəzarət etmək; ;
  • Bankın strategiyasına uyğun olaraq kredit bazarını mütəmadi təhlil etmək, həmçinin bazar konyunkturasının dəyişməsinə və zaminin tələbinə uyğun olaraq kreditləşmə üzrə limitlərin, Bankın daxili kredit qaydalarının, prosedurlarının və  təlimatlarının təkmilləşdirilməsi barədə təkliflər hazırlayıb təqdim etmək;
  • Bankın kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət etmək, onun yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
  • Banka təminat qismində təklif (təqdim) olunan əmlakın qiymətləndirilməsini və sığortalanmasını həyata keçirən səlahiyyətləndirilmiş hüquqi və fiziki şəxslər tərəfindən qeyd olunan əmlakın qiymətləndirilməsi və sığorta şərtlərinin müəyyən edilməsi prosesinə nəzarət etmək;
  • Bankın idarəetmə orqanlarının müəyyən etdiyi və bankdaxili qaydaları ilə müəyyən olunmuş kredit portfeli üzrə hesabatlar hazırlayır;
  • Kredit portfelinə gündəlik nəzarətin həyata keçirilməsinə, kredit portfelinin keyfiyyətinin artırılmasına dair verilmiş təkliflərə və ona həvalə olunmuş səlahiyyətlər daxilində kredit portfelinin keyfiyyətinin artırılması istiqamətində səlahiyyətli şəxslər tərəfindən tədbirlərin görülməsinə nəzarət edilməsinə məsuliyyət daşımaq;
  • Mərkəzləşdirilmiş Kredit Reyestri və müvafiq kredit bürolarının xidmətindən istifadə etmək. Kredit portfelinin yuxarıda qeyd olunan xidməti bazalarına inteqrasiya olunmasını təşkil etmək. Bankın əməkdaşlarına qeyd olunan xidmətdən istifadə etmək hüququnun verilməsi üçün rəy vermək.

Xüsusi tələblər

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kiçik orta sahibkarlıq kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Problemləri həll etmə bacarıqları;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi