27 C
Baku
Saturday, July 27, 2024

Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

0
Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis – Ziraat Bank Azərbaycan ASC
Bakı
20.10.2020

Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Biznes kreditlər üzrə kredit mütəxəssisi və ya kreditlərin rəsmiləşdirilməsi üzrə arxa ofis işçisi vəzifəsində 3 il iş təcrübəsi;
• MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
• Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• Kreditlərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (İpoteka haqqında Qanun, Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları).

Əsas vəzifələr:

• Kredit Komitəsinin qərarına uyğun olaraq kreditlərin verilməsi ilə əlaqədar müqavilələrin hazırlanması (baş kredit, ipoteka, girov, kredit, qarantiya, kontr- qarantiya, tələbin güzəşti, kredit xətti, faktorinq və digər müqavilələr);
• İmzalanan müqavilələrin proqram girişlərinin icra edilməsi;
• İstifadə olunan kredit müqavilələrin və kreditin rəsmiləşdirilməsi prosesinin optimallaşdırılmasının təklif və təşkil edilməsi;
• Verilən bütün növ öhdəliklərin əvvəldən sonadək rəsmiləşdirilməsinə nəzarət etmək;
• Müqavilələrin filiallar və baş ofisdə standart arxivləşdirilməsinin təşkil edilməsi;
• Hazırlanmış müqavilələrin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinin yoxlanması və bu sahədə standartların müəyyən edilməsi;
• Bankın Sahibkarlığın İnkişaf Fondu, Azərbaycan Respublikasıının İpoteka və Kredit Zəmanət Fondu (və digər qurumlar) ilə imzalanan müqavilələrdən irəli gələn qarşılıqlı tələblərin icra edilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit arxa ofis” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi