Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Biznes kreditlər üzrə kredit mütəxəssisi və ya kreditlərin rəsmiləşdirilməsi üzrə arxa ofis işçisi vəzifəsində 3 il iş təcrübəsi;
• MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
• Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• Kreditlərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (İpoteka haqqında Qanun, Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları).
Əsas vəzifələr:
• Kredit Komitəsinin qərarına uyğun olaraq kreditlərin verilməsi ilə əlaqədar müqavilələrin hazırlanması (baş kredit, ipoteka, girov, kredit, qarantiya, kontr- qarantiya, tələbin güzəşti, kredit xətti, faktorinq və digər müqavilələr);
• İmzalanan müqavilələrin proqram girişlərinin icra edilməsi;
• İstifadə olunan kredit müqavilələrin və kreditin rəsmiləşdirilməsi prosesinin optimallaşdırılmasının təklif və təşkil edilməsi;
• Verilən bütün növ öhdəliklərin əvvəldən sonadək rəsmiləşdirilməsinə nəzarət etmək;
• Müqavilələrin filiallar və baş ofisdə standart arxivləşdirilməsinin təşkil edilməsi;
• Hazırlanmış müqavilələrin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinin yoxlanması və bu sahədə standartların müəyyən edilməsi;
• Bankın Sahibkarlığın İnkişaf Fondu, Azərbaycan Respublikasıının İpoteka və Kredit Zəmanət Fondu (və digər qurumlar) ilə imzalanan müqavilələrdən irəli gələn qarşılıqlı tələblərin icra edilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit arxa ofis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |