-1 C
Baku
Sunday, December 15, 2024

Mobil tətbiqlər üzrə analitik – Bank Respublika ASC

0
Mobil tətbiqlər üzrə analitik – Bank Respublika ASC
Bakı
20.10.2020

“Bank Respublika” ASC “Mobil tətbiqlər üzrə analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
• Mobil tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
• Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Daxili hesabatların hazırlanması və onların təhlili.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili texniki səviyyədə arzuolunandır;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
• Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
• Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Mobil tətbiqlər üzrə analitik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT