Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Kvalifikasiyaların tanınması şöbəsinin aparıcı məsləhətçisi” vakansiyası elan edir
Ümumi
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq kvalifikasiyaların tanınması üzrə qabaqcıl beynəlxalq təcrübələr araşdırılaraq mövcud prosesin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Vəzifə
Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölməsinin əsasnaməsinə uyğun olaraq kvalifikasiyaların tanınması istiqamətində beynəlxalq təcrübəni öyrənərək cari prosesin təkmilləşdirilməsində iştirak olacaqdır.
Məsuliyyət
1. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması prosesi ilə bağlı daxili normativ bazanın və qaydaların hazırlanmasında iştirak etmək;
2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması ilə bağlı dövlət qurumları, yerli və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək;
3. Tanınma istiqamətində beynəlxalq təcrübəni öyrənmək və mövcud prosesin təkmilləşdirilməsi üçün təkliflər vermək;
4. Mütəmadi olaraq xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələri barədə araşdırma aparmaq;
5. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması ilə bağlı vətəndaş müraciətlərinin qiymətləndirilməsi prosesində iştirak etmək, vətəndaşların təqdim etdiyi sənəd və materialları təhlil etmək, gərəkli olduğu təqdirdə vətəndaşın təhsil aldığı ali təhsil müəssisəsinə sorğular göndərmək;
6. Kvalifikasiyaların tanınması istiqamətində olan yeniliklərin və vacib məlumatların ictimaiyyətlə bölüşülməsi üçün müvafiq məlumatları hazırlamaq;
7. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.
Tələblər
• Ali təhsil;
• Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə 2-3 illik iş təcrübəsi;
• Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;
• Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
• Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
• Təşəbbüslər ilə çıxış etmək bacarığı;
• Gərgin iş rejimində işləmək bacarığı;
Üstünlüklər
1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.
İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 22.07.2021
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “KTŞ aparıcı məsləhətçi” qeyd etməklə göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |