18 C
Baku
Thursday, April 25, 2024

Sahibkarlığın İnkişafı Fondu işçi axtarır – VAKANSİYA

0
Sahibkarlığın İnkişafı Fondu işçi axtarır – VAKANSİYA
Bakı
22.06.2021

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu “İnzibati işlər və insan resursları şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

İŞİN TƏSVİRİ: – Balansda olan əsas vəsaitlərin, mal-material ehtiyatlarının faktla müqayisəsini (invertarizasiya) həyata keçirmək, uyğunsuzluqları aşkar etmək, vaxtı ötmüş, istifadəyə yararsız vəsaitlərin müəyyən olunmasında iştirak etmək; – Balansda olan nəqliyyat vasitələrinin istismarı, təmiri və qorunması ilə bağlı tədbirləri həyata keçirmək; – Fondun balansında olan nəqliyyat vasitələrinin aylıq norma üzrə yanacaqla təminatını elektron qaydada əldə etmək və aktlaşdırılmasını həyata keçirmək; – Fond üçün alınmış mal-material ehtiyatlarını, əsas vəsaitləri qaimə-faktura əsasında mədaxil etmək və uçotunu aparmaq; – Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi işini təşkil etmək; – Fondun otaqlarına mütəmadi baxış keçirmək, təmizliyə riayət olunması və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görmək; – Tələbata uyğun alınmış malları işçilərə paylamaq və onların uçotunu aparmaq; – Mülki müdafiə ilə bağlı işlərin həyata keçirilməsində iştirak etmək; – Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı işləri təşkil etmək və icrasına nəzarət etmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

– İqtisadiyyat və idarəetmə üzrə ali təhsil;

– Sahə üzrə azı 3 il iş stajı;

– İnventarizasiya, yeni maddi vəsaitlərin balansa qəbulu və silinməsi qaydaları barədə məlumatlı olmaq;

– Fövqəladə vəziyyətin idarə olunması sahəsində biliklər;

– Dövlət satınalmaları üzrə prosedurlar barədə məlumatlı olmaq;

– Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək)

– Kompüter bilikləri (MS Office proqramları. xüsusən də Excel proqramı), 1C proqramında işləmək bacarığı;

– İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

– Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları.

Maraqlanan şəxslər öz CV-ni, mövzu hissəsində “İnzibati işlər və insan resursları şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər. Müraciətlərin qəbulunun son tarixi: 30 iyun 2021-ci il

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları