16 C
Baku
Thursday, April 25, 2024

Lizinq üzrə mütəxəssis (Dəliməmmədli-Goranboy şəhəri üzrə) – Prior Leasing

0
Lizinq üzrə mütəxəssis (Dəliməmmədli-Goranboy şəhəri üzrə) – Prior Leasing
Goranboy
28.07.2020

Vəzifə: Lizinq üzrə mütəxəssis (Dəliməmmədli-Goranboy şəhəri üzrə)

Əmək haqqı : 800 AZN + 300 AZN dəyişən əmək haqqı + portfelin idarə olunmasına görə bonus

İşin təsviri:

– Müştərilərə lizinq məhsulları barədə məlumat verilməsi
– Müştərilərin maliyyə təhlilinin aparılması
– Müqavilələrin hazırlanması və bağlanması
– Müştərilərin mövcud portfelinin monitorinqi və idarə olunması
– Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
– Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır

Tələblər:

– Vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
– Azərbaycan dili sərbəst, ingilis dilini bilən namizədlərə üstünlük verilir
– Bank, kredit, lizinq sahəsində təcrübə
– Müştəri ilə ünsiyyət qurmaq bacarığı
– Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi
– Yalnız kişi namizədlər nəzərdən keçirilir
– Ofis proqramlarıyla sərbəst işləmək bacarıqı.
– Avtomobil olması vacibdir (amortizasiya və benzin xərci qarşılanır)

İş qrafiki:

– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə: 10.00 – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Lizinq mütəxəssisi (Dəliməmmədli)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaLizinq