6 C
Baku
Sunday, December 15, 2024

Lizinq xidmətləri üzrə mütəxəssis

0
Lizinq xidmətləri üzrə mütəxəssis
Bakı
24.12.2020

Prior Leasing

“Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ  texnologiyaların istifadəsinə üstünlük verir.

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin  iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

Vəzifə: Lizinq satışı üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri

İşin təsviri:

  • Müştərilərə lizinq məhsulları barədə məlumat verilməsi
  • Müştərilərin maliyyə təhlilinin aparılması
  • Müqavilələrin hazırlanması və bağlanması
  • Müştərilərin mövcud portfelinin monitorinqi və idarə olunması
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
  • Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır

Tələblər:

  • Maliyyə, iqtisadiyyat və s. sahəyə uyğun hər hansı bir təhsil
  • Bank və ya Kredit sahəsində ən azı 3-4 il təcrübəsi
  • Öz kredit portfelinə sahib olan namizəd
  • Microsoft Office programları yüksək səviyyədə bilən
  • Azərbaycan və Rus dillərini mükəmməl bilən namizəd
  • Analitik düşüncə, dəqiqlik və məsuliyyətli

İş qrafiki:

  • Bazar ertəsi – Cümə:  8:30  – 17:30
  • Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Lizinq satışı üzrə mütəxəssis (Ərazinin adı qeyd edilməklə)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Vakansiya tələblərinə uyğun olan namizədlərlə qısa zamanda əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi, Lizinq