27 C
Baku
Saturday, July 27, 2024

Məsləhətçi (İmtahanların təşkili və idarəedilməsi departamenti) – Dövlət İmtahan Mərkəzi

0
Məsləhətçi (İmtahanların təşkili və idarəedilməsi departamenti) – Dövlət İmtahan Mərkəzi
Bakı
16.08.2023

Vakansiyanın təsviri

1. imtahanların keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;
2. imtahanların keçirilməsində iştirak edəcək şəxslərlə işin aparılması (onların seçilməsi, müqavilələrin bağlanılması, prosesə cəlb edilməsi və təlimlərin keçirilməsi);
3. imtahanların keçirilməsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılması, anketləşdirilməsi, zənginləşdirilməsi və istifadəsinə dair tapşırıqların yerinə yetirilməsi;
4. əlaqələndiricilərlə işin təşkili;
5. imtahanın keçirilməsində iştirak edəcək şəxslərin sertifikasiyasının aparılmasına dair tapşırıqların yerinə yetirilməsi;
6. imtahan protokollarının araşdırılması və imtahanda baş verən hallarla bağlı yekun arayışın hazırlanmasında iştirak edilməsi;
7. səlahiyyətləri çərçivəsində şöbəyə daxil olan elektron müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
8. Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
9. rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Xüsusi tələblər

1.Təhsilə dair tələblər:  ali təhsil
2. İş stajına dair tələbi:  tələb müəyyən edilmir
3. Kompüter biliklərinə dair tələblər:  MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)
4. Xarici dil biliklərinə dair tələblər:  Rus dili – B2; İngilis dili – B2

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları