8 C
Baku
Thursday, December 12, 2024

Mətbuat katibi – AzerGold

0
Mətbuat katibi – AzerGold
23.09.2019

Şirkət haqqında:

AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:
Mətbuat katibi

Əsas vəzifə və öhdəliklər:

• Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla Cəmiyyətin fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
• Mətbuat əməkdaşları, KİV nümayəndələri tərəfindən Cəmiyyətə ünvanlanan suallara aidiyyəti üzrə razılaşdırmaqla cavabları hazırlamaq;
• Rəhbərliyin mətbuat qarşısında çıxışlarının mətn layihəsini hazırlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar mətbuatda dərc edilən, televiziyada təqdim edilən bütün növ xəbərləri, məlumatları toplayaraq, onların analizini aparmaq, rəhbərliyə məruzələr etmək;
• Dövrü mətbuatda Cəmiyyətin fəaliyyətinə dair çap olunmuş materialları toplamaq, təhlil etmək;
• Cəmiyyətin fəaliyyət planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq;
• Məqalə və mətnlər hazırlayaraq yazışmaları həyata keçirmək;
• Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar qəzet və jurnallara abunəçilik və onlarla əlaqəli işləri həyata keçirmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• MS Office proqramlarını bilməli;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Korporativ prosedurlar və etiket qaydaları, KİV qarşısında çıxış etmə, məqalə hazırlama və onların dərc olunma üsullarını, fəaliyyəti üçün tələb olunan dillərin orfoqrafiyasını bilməli;
• KİV haqqında qanun və onun tələblərini bilməli;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mətbuat katibi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər