Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir. Hazırda 6 filial fəaliyyət göstərir.
Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.
Mağaza direktoru
Vəzifələr:
• Mağazanın effektiv işinin təşkili
• Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili
• Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
• Görülən işin hesabatı
• Malların qəbulu və iadəsinin təşkili
• Malların çeşidinə və keyfiyyətinə nəzarət
• Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək
• Daxili inventarlaşmanın aparılması
Tələblər:
• Uyğun ali və ya orta ixtisas təhsili
• Yaş 25 – 40
• Azərbaycan dilini mükəmməl bilməlidir. İngilis və rus dili bilgiləri arzu olunandır
• Mağaza müdiri və ya müdir müavini vəzifələrində 1 il iş təcrübəsi
• Ünsiyyət qurmaq, idarəetmə və komandada işləmək qabiliyyəti
• Təşkilatçılıq və liderlik bacarıqları
• MS office proqramları sərbəst bilməli
• Satış texnikası və pərakəndə satış haqqında məlumatlılıq
• Kreativlik, Dürüstlük, Tələbkarlıq, Müştəri yönümlülük, Dəqiqlik kimi əsas vacarıqlar
Şirkətin öhdəlikləri:
• Aylıq əmək haqqı – 1500 manat
• Korporativ treyninqlərin təşkili
• Altı günlük iş həftəsi
• Şirkətdaxili karyera inkişafı
• Naharla təmin olunma
Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza Direktoru” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |