18 C
Baku
Monday, May 27, 2024

Maliyyə hesabatları üzrə baş mütəxəssis – PAŞA Sığorta

0
Maliyyə hesabatları üzrə baş mütəxəssis – PAŞA Sığorta
16.08.2019

“PAŞA Sığorta” ASC namizədləri Maliyyə hesabatları üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;
• Kənar auditorların məlumat təminatında iştirak etmək;
• Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verəcək şəkildə icra etmək;
• Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
• Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;
• Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
• Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;
• Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqlarının məxfiliyinin lazımi səviyyəsinin qorunması;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Maliyyə istiqamətində ali təhsil;
• “Böyük Dördlük” Şirkətlərində 2-3 illik iş təcrübəsi vəya Maliyyə və MHBS hesabatlılığı sahəsində ən azı 5 il iş təcrübəsi.
• Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyədə olması arzu olunandır; 
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər 
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
• Peşəkar sertifikasiyanın mövcudluğu arzuolunandır;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MS Office ilə qabaqcıl istifadə bacarıqları.

Son müraciət tarixi: 30 avqust, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta