26 C
Baku
Wednesday, April 24, 2024

Maliyyə Departamentinin direktoru – Bizim Market

0
Maliyyə Departamentinin direktoru – Bizim Market
Bakı
07.12.2020

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Maliyyə Departamentinin direktoru

Tələblər

• Təhsil: Ali iqtisadi təhsil.
• Maliyyə rəhbəri, Baş mühasib kimi sübut olunmuş iş təcrübəsi;
• Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;
• Liderlik qabiliyyəti;
• Nağd pul axınının idarə edilməsi, bankların uyğunlaşdırılması və mühasibat uçotu barədə dərindən məlumat;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
• ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür;
• Dil biliyi: Azərbaycan, (Rus və İngilis üstünlükdür).

İş haqqında məlumat:

• Maliyyə rəhbəri vəzifələrinə proqnozlaşdırma modellərinin yaradılması, bütün vergi və mühasibat uçotu işlərinin qaydalara uyğunlaşdırılması.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları tərtib etmək və nəzarətini təmin etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etmək;
• Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
• Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
• Şirkətin illik maliyyə büdcəsinin təşkil edilməsi.

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar ilə təmin edilmə
• Telefon xərclərinin qarşılanması
• Əmək məcəlləsinə uyğun sənədləşmə

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə Departamentinin direktoru” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər