15 C
Baku
Friday, May 3, 2024

Maliyyə Departamentinin kiçik Mütəxəssisi – Smart Audit

0
Maliyyə Departamentinin kiçik Mütəxəssisi – Smart Audit
09.08.2019

“SMART AUDİT” MMC “ Maliyyə Departamentinin kiçik Mütəxəssisi” vakansiyası üzrə işçi axtarır

Vəzifə təlimatları:

• Ödəniş tapşırıqlarının yazılması;
• Müqavilə və onlara əlavələrin , təhvil-təslim aktlarının hazırlanması;
• Müştərilərin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının hazırlanması, debitor və kreditorları barədə mütəmadi məlumatların verilməsi;
• Vergi bəyənnamələrinin hazırlanması ( ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi );
• Şirkətlərin mühasibat uçotu məlumatlarının 1C proqramında işlənilməsi;
• Elektron qaimələrin, vergi hesab-fakturaların təqdim edilməsi;
• E-taxes.gov.az saytında elektron poçt qutusunun mütəmadi olaraq yoxlanılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil ( Mühasibat uçotu və audit, maliyyə və ya digər iqtisadiyyat sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• Vergi Məcəlləsi üzrə orta səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı; 
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dillərini bilmək üstünlükdür).

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək.
Əmək haqqı: 400 – 500 AZN

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin kiçik Mütəxəssisi” yazmaqla 18.08.2019 tarixinədək bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə