11 C
Baku
Sunday, May 19, 2024

Online operator (Tələbələr üçün ödənişli təcrübə) – Kontakt Home

0
Online operator (Tələbələr üçün ödənişli təcrübə) – Kontakt Home
09.08.2019

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Online operator (Tələbələr üçün ödənişli təcrübə)

Vəzifə öhdəlikləri:

• Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətləri (şərh və məktubları) cavablandırmaq;
• Sosial mediada şirkət haqqda rəyləri monitorinq etmək;
• İş keyfiyyətini mütəmadi olaraq artırmaq.

Tələblər:

• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
• Düzgün şifahi və yazılı nitqi olmalı;
• Fikrini səlis ifadə etməyi bacarmalı;
• Sosial şəbəkələrlə işin aspektlərini bilməli;
• Punktual və stresə davamlı olmalı;
• Şəxsi inkişafa yönümlü olmalıdır.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Karyera yüksəlişi imkanı
– İş qrafiki: şənbə və bazar günləri, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Online operator – Ödənişli təcrübə” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı, Təcrübə proqramları