Bakı
12.09.2024
“Elmanado MMC” – Maliyyə Direktoru
Namizədə Tələblər:
- Ali təhsil
- İş təcrübəsi: 3-5 il (İstehsalat sahəsində təcrübə mütləqdir)
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
- Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq
- MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel, 1C 8.3 bilikləri)
- Öhdəliklərini tam və vaxtında icra etmək bacarığı
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə planlarını hazırlamaq, gəlir və xərcləri büdcələmək;
- Büdcə performansını izləmək və analiz etmək, büdcə hədəflərinə uyğunluğunu təmin etmək;
- Gəlir, xərclər, mənfəət və zərərlərlə bağlı aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq;
- Maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə hesabat vermək;
- Pul axınlarının səmərəli şəkildə idarə olunmasını təmin etmək və likvidlik səviyyəsini saxlamaq;
- Mal – material hərəkətinin uçotu və inventarizasiya nəzarət;
- Əsas vəsaitlər və amartizasiya hesablanmasına nəzarət;
- Yeni maliyyə mənbələrinin cəlb edilməsi və mövcud kapitalın artırılması üçün strategiyalar hazırlamaq;
- Əmək haqqlarının hesablanmasına nəzarət;
- Satışın planlanması və mayə dəyərinin kalkulyasıyası;
- Büdcələrin tərtib olunması;
- Müəssisənin maliyyə göstəricilərinin analizi məqsədilə KPİ sisteminin formalaşdırılması;
- Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi;
İş şəraiti:
- İş qrafiki : 6 günlük
- Korporativ nömrə və Nahar şirkət tərəfindən qarşılanır
- İş yeri: Bakı, Zabrat 2 – də yerləşir
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
Cv –lərinizi [email protected] mail adresinə Maliyyə Direktoru başlığı ilə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə 070 238-39-31 əlaqə saxlaya bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |