13 C
Baku
Sunday, September 29, 2024

Maliyyə hesabatları üzrə aparıcı mütəxəssis – ASPM

0
Maliyyə hesabatları üzrə aparıcı mütəxəssis – ASPM
Bakı
05.07.2024

Tələblər :

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
  • Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;
  • Yerli və beynəlxalq mühasibatlıq idarəetmə standartdları üzrə biliklər (ACCA sertifikatları üstünlükdür);
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
  • Azərbaycan, ingilis dilini bilməlidir, rus dili üstünlükdür;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz :

  • Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;
  • Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
  • Maliyyə riskinin müəyyən edilməsi;
  • Rəhbərlik tərəfindən müəyyən edilən  hesabatların hazırlanması, təhlil edilməsi və  təqdimatların hazırlanması;
  • Aylıq maliyyə hesabatlarının bağlanılmasının həyata keçirilməsi;
  • Maliyyə siyasəti və prosedurlarının hazırlanması;
  • Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə hesabatları üzrə aparıcı mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə