Bakı
05.07.2024
Tələblər :
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
- Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;
- Yerli və beynəlxalq mühasibatlıq idarəetmə standartdları üzrə biliklər (ACCA sertifikatları üstünlükdür);
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- Azərbaycan, ingilis dilini bilməlidir, rus dili üstünlükdür;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
Hansı işləri görəcəksiniz :
- Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;
- Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilən hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatların hazırlanması;
- Aylıq maliyyə hesabatlarının bağlanılmasının həyata keçirilməsi;
- Maliyyə siyasəti və prosedurlarının hazırlanması;
- Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə hesabatları üzrə aparıcı mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |