10 C
Baku
Friday, December 13, 2024

Maliyyə meneceri – FMCG Company

0
Maliyyə meneceri – FMCG Company
Bakı
23.06.2020

Vəzifə Adı: Maliyyə meneceri
Sektor: FMCG (Retail)
Üst rəhbər: Maliyyə direktoru
İş təcrübəsi: Bu və ya oxşar rolda 3 – 7 il
E-poçt: [email protected]

Əsas fəaliyyəti supermarket şəbəkəsi və distribyusiya olan şirkətin Maliyyə departamentinə daimi əsaslarla işləməsi üçün Maliyyə Meneceri tələb olunur.

Rəqabətli əmək haqqı paketi və inkişaf perspektivləri təklif olunacaq.

Əsas vəzifə öhdəlikləri

• Mühasibatlıq hesablarının bağlanılmasının (accounts closing) təmin edilməsi
• Maliyyə (balans, mənfəət və zərər haqqında, pul vəsaitlərinin hərəkəti haqqında) hesabatlarının aylıq və illik əsasda hazırlanması
• Menecment maliyyə hesabatlarının tərtib edilməsi
• Maliyyə prosedurlarının yazılması və kontrol mexanizmlərinin tətbiqi
• Maliyyə hesabatlarının təhlil edilməsi (əmsal təhlili, büdcə ilə kənarlaşma və sair)
• Yeni mühasibatlıq sistemlərinin (ERP) təhlili və mümkün keçidin aparılması
• İl sonu kənar maliyyə auditi prosesinə dəstək

Tələb və bacarıqlar

• Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə tam ali təhsil
• Müvafiq sahə üzrə 5+ il iş təcrübəsi, bundan 3 ili baş mühasib, maliyyə meneceri və ya maliyyə auditoru kimi çalışması arzu olunandır
• Mühasibatlıq proqram təminatları üzrə istifadə bilikləri
• Mükəmməl yazılı təqdimat bacarığı, işə sabit və məsuliyyətli
• CİMA və ya ACCA sertifikatlaşması üzrə dərəcələrin əldə olunması arzu olunandır
• Yerli vergi qanunvericiliyi bilikləri

Dil bilikləri

• Azərbaycan dili – əla, sərbəst ingilis dili biliyi arzu olunandır

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər