26 C
Baku
Saturday, July 27, 2024

iOS Developer – Netgroup of Companies

0
iOS Developer – Netgroup of Companies
Bakı
23.06.2020

NetGroup şirkəti haqqında

Biz yeni ideyalar və innovasiyalar şirkətiyik. Şirkətimiz ən yeni texnologiyalardan istifadə edərək, biznes təyinatlı proqram təminatları, veb layihələr, mobil tətbiqlərin yaradılmasını, brendinq, dizayn, rəqəmsal marketinq və geniş çeşidli reklam xidmətlərini təklif edir.

Məqsədimiz müştərilərimizin biznesinin genişlənməsinə və inkişaf etməsinə dəstək olmaqdır. Şirkətimiz sənaye, tikinti, maliyyə, avtomobil, turizm və digər sahələrdə çalışan bir sıra iri şirkətlərə geniş çeşidli xidmətlər göstərir.

iOS Developer

Texniki biliklər:

• Ən az 1 il iOS proqramlaşdırma təcrübəsi olan;
• Objective-C və ya Swift dillərindən istifadə etmə bacarıqları olan;
• OOP, Apple dizayn prinsipləri və interface təlimatları haqqında məlumatlı olan;
• MVVM & MVC dizayn prinsiplərindən ən az biri haqqında anlayışı olan;
• REST API’larla işləmə bacarığı olan;
• Komanda ilə işləmə bacarığı olan;
• AppStore’da ən az 1 tətbiqi olan;
• Texniki İngilis dili biliklərinə sahib olan biri
• GIT ilə təcrübə

İş haqqında:

• iOS platformasında mobil tətbiqetmələrin dizaynı və qurulması;
• Tətbiqlərin keyfiyyətini və işləməsini təmin etmək, mobil tətbiqetmələrin monitorinqi, tətbiq səhvlərini düzəltmək və digər texniki problemlərin həlli;
• İş saatları: 1-5 günlər 10:00-19:00, Şənbə 10:00-15:00 (Bazar- istirahət)
• Əmək haqqı: 1500-2500 AZN (Namizədə görə müəyyən olunur)
• Freelance və remote qəbul olunmur
• İş yeri şəhərin mərkəzində yerləşir.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını yazıb CV göndərməklə müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaİT