3 C
Baku
Saturday, December 14, 2024

Maliyyə və mühasibatlıq şöbəsinin müdiri – Baku Bus

0
Maliyyə və mühasibatlıq şöbəsinin müdiri – Baku Bus
Bakı
31.05.2024

Əsas vəzifə və öhdəliklər:

  • Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətinə rəhbərlik edir
  • Şöbənin struktur vahidlərinin iş fəaliyyətini təşkil edir, tənzimləyir və nəzarət edir
  • Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir
  • Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir
  • Büdcə proqnozlarının icrasına, dəyişiklik edilməsinə, hazırlanmasına və təsdiq edilməsinə cavabdehlik edir
  • Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir
  • Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir
  • Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır
  • Maliyyə şöbəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir
  • Şirkətin idarəetmə orqanları tərəfindən Əmək qanunvericiliyinə uyğun ona həvalə edilən digər səlayihətləri həyata keçirir
  • Şirkətin səlahiyyətli idarəetmə orqanları tərəfindən Maliyyə şöbəsinə həvalə olunan digər işlərə rəhbərlik edir

Vəzifə səriştələri:

  • Planlama və Təşkilatçılıq
  • Risklərin idarəedilməsi
  • Hesabatvermə
  • Hədəf
  • Stresə davamlılıq, səbrlilik
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik
  • Qiymətləndirmə bacarığı
  • Maliyyə hesabatları üzrə bilgilər

Vəzifədən gözləntilər:

  • Kvalifikasiyalar: MBA, ACCA (beynəlxalq mühasibatlıq sertifikatı)
  • Təhsil səviyyəsi: İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis-dili (yaxşı)
  • Kompyuter bilikləri: 1C ERP (əla)
  • İş təcrübəsi: 5-10 il müvafiq sahə üzrə iş təcrübəsi

İş şəraiti:

  • İş qrafiki: 5 günlük. həftənin 5 günü (İstirahət:şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
  • Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə