9 C
Baku
Friday, December 13, 2024

Mühasib – Azəristiliktəchizat ASC

0
Mühasib – Azəristiliktəchizat ASC
Bakı
31.05.2024

Vəzifə öhdəlikləri:

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
  • Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
  • Hesab və elektron qaimə-fakturalarının yoxlanılması;
  • Debitor və kreditorlarla üzləşmələrin aparılması;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
  • Kassa və Bank əməliyyatlarının icrasınin təşkil edilməsi, uçotunun aparılması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi;

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Vergi Məcəlləsi üzrə biliklər
  • 1C proqramında işləmək bacarığı;
  • MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
  • Azərbaycan dili mütləqdir, ingilis və rus dilini yaxşı səviyyədə bilməsi arzuolunandır;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;

İş mühiti:

  • Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən “Azəristiliktəchizat” ASC-nin ofis mühitində icra olunur.
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur (Razılaşma əsasında)
  • İş vaxtı- Bazar ertəsi-Cümə, 08:30-17:30

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Mühasib” yazaraq 10.06.2024-cü il tarixinə kimi email ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib