10.03.2023
İş barədə məlumat:
- Şirkətin marketinq strategiyasına uyğun marketinq fəaliyyətinin icrası
- Marketinq planlarının hazırlanmasında iştirak etmək
- Dövri marketinq analizlərinin edilməsi və hesabatların hazırlanması
- Bazar təhlilləri etmək və lazımi tədbirlərin keçirilməsi ilə bağlı təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Reklam agentlikləri və media ilə əlaqələrin qurulması
- Reklam vasitələrinin idarə olunmması (reklam materiallarının hazırlanması, çöl reklamı və posterlər)
- Reklamların və digər aktivliklərin sifarişinə,
Marketinq menecer
hazırlanmasına nəzarət edilməsi
- İllik marketinq planının hazırlanması və ona uyğun işlərin qurulması;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumatın təqdim edilməsi.
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni xidmətlərin reklamını təşkil edilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
- Digital Marketinq üzrə kampaniyalarının təşkili və idarə edilməsi;
Namizəd üçün tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
- Azərbaycan dilini mükəmməl, rus və Singilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- MS Office (Word, Excel, Power Point, Photoshop) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Menecer |