Bakı
27.10.2023
Vakansiyanın təsviri
- Marketinq üzrə bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək;
- Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq;
- Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
- Şöbənin illik büdcəsini təsdiq üçün hazırlamaq və onu maliyyə cəhətdən məsuliyyətlə idarə etmək;
- Müxtəlif satış tədbirlərində iştirak etmək və yeni müştəriləri cəlb etmək üçün tanıtım kampaniyaları təşkil etmək;
- Bazar araşdırması aparmaq və müştəri tələbatlarını öyrənmək;
- Müştərilərin məmnunluq dərəcəsini ölçərək, analiz apararaq və çatışmazlıqları müəyyən edərək təkliflər hazırlamaq;
- Reklam xarakterli çəkilişlərin təşkili və yayımlanması;
- Zənglər, görüşlər,təqdimatlar və tədbirlər həyata keçirməklə satışın təşkili;
- Sosial şəbəkələr və veb-saytın idarə olunmasına nəzarət etmək;
- Şöbə əməkdaşlarının peşəkar inkişafına dair təşəbbüslər irəli sürmək.
- Kompleks təklif edir: Məktəb avtobusu xidmətindən, yeməkxanadan, inventar və avadanlıqlardan istifadə etmək;
- Normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;
- Kompleksdə təhsil alacaq kompleks işçilərinin övladlarına 70% endirim;
- Korporativ nömrə ilə mobil telefon;
- Biznes bank kartı;
- Noutbuk.
Xüsusi tələblər
- Marketinq, Biznes İdarəçiliyi, Layihələrin İdarə olunması üzrə ali və ya magistr təhsili;
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi və Marketinq, PR və ya Satış üzrə 3 il idarəçilik təcrübəsi;
- Azərbaycan dilində sərbəst və ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- Rəqəmsal marketinq və satış üzrə beynəlxalq sertifikasiya;
- Vahid komandada işləmək, çevik komanda qurmaq bacarığı, liderlik xüsusiyyətlərə malik olmaq.
- Çevik və analitik düşünmə qabiliyyətinə malik olmaq, yenilikçi və yaradıcı olmaq;
- Məqsədləri müəyyən etmək və onlara nail olmaq üçün taktika və strategiyanı düzgün təsvir etmək;
- İdeya və fikirləri şifahi və açıq şəkildə aydın, düzgün və səlis şəkildə izah etmək və çatdırmaq;
- Müxtəlif situasiyalarda müstəqil qərarlar vermək bacarığı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Marketinq və PR |