Bakı
20.09.2023
Namizədə tələblər:
- Ali təhsilli,
- Rus dili arzu olunandır,
- Yaş həddi 25-40
- Plastmas Kapsul,qapaq və Karbon qazı sahəsində fəaliyyət göstərəcək , ən azı 1 il satış və marketinq təcrübəsi olan,
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək,
- Komanda işinə maraq göstərən,
- Microsoft Office proqramlarında işləmə bacarığı,
- Satış və marketinq sahəsində karyera qurmağı hədəf seçən,
- Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran,
- Planlaşdırma və problem həll etmə bacarığını inkişaf etdirmiş,
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı,
- Tənqidə açıq, şəffaf və bölüşgən,
- Məsuliyyət daşımaq və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmiş,
- Böyük və çox funksiyalı kollektivdə kollektiv üzvü, ya da kollektiv rəhbəri olaraq vəzifə yerinə yetirmiş olması üstünlükdür.
- Analitik-informasiya və strateji düşünmə qabiliyyəti olan,
- Gərgin iş tempinə uyğunlaşa bilən,
- B kateqoriyalı sürücülük vəsiqəsinə sahib, aktiv olaraq avtomobil idarə edə bilən və şəxsi avtomobili olan,
- Bakı şəhərində yaşayan,
- Kişi namizədlər üçün hərbi xidməti başa vurmuş,
İş barədə məlumat:
- Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul/xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq,
- Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq,
- Mövcud kampaniyaların həyata keçirilməsini təmin etmək,
- Məhsulların tənzimlənməsi və varlığının yoxlanması (ifşası)-nı təmin etmək,
- Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək,
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq,
- Yeni məhsulları tanıtmaq,
- Rəqib məhsul və kampaniyaları haqqında müdirə hesabat vermək,
- Müştərilərin problemlərini həll etmək,
- Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək,
- Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək,
İş qrafiki – Həftənin 5 günü saat 09:00-18:00. İstirahət günü-Şənbə,bazar günü
Üstünlüklər:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
- Tibbi Sığorta (işçini əhatə edən)
Əmək haqqı müsahibə əsnasında bildiriləcəkdir.
Qeyd: CV göndərilən e-maillərdə mövzu (subject) bölməsinə “PET preform” qeyd edilənlər nəzərə alıncaqdır. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Marketinq və PR |