“METAK”-a 6 vakant vəzifə üzrə işçi tələb olunur

    0

    Posted 4 ay ago

    1. Təchizat üzrə mütəxəssis (Qusar rayonu üzrə)

    İşin təsviri:


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    – Daxili bazarın araşdırılması və müqayisə olunması;
    – Satınalmalar üzrə sənədləşmə işlərinin aparılması;
    – Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili.

    Tələblər:

    – Ali təhsil; 
    – MS Office proqramları üzrə biliklər; 
    – Satınalma və təchizat sahəsində ən azı 1 il iş təcrübəsi;
    – Dəqiq və sürətli işləmək bacarığı.

    İş şəraiti

    – 6 günlük iş həftəsi
    – Nahar şirkət tərəfindən verilir
    – Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
    – Əmək haqqı danışıq əsasında
    – Iş yeri: Qusar rayonu

    Maraqlananlar saytda https://www.metak.az/resume/resume.php?vid=129 onlayn-anketi dolduraraq və ya hr@metak.az ünvanına CV göndərərək  01.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

     


    2. Mühəndis-konstruktor

    İş barədə məlumat

    • Kompyuter texnikasından istifadə etməklə məmulatların, eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması. 
    • Qeyri-standart avadanlıqların layihələrinin işlənib hazırlanması
    • Yeni konstruksiyalarin qurulması və sınağının təşkil
    • İşlərin hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun olmasını, istifadəsini təmin edir.

    Namizədə tələblər

    • cins:kişi 
    • Yaşı:30-55
    • Təhsili: Ali, maşınqayırma texnologiyası
    • İş stajı 5 ildən çox
    • Alət sexində, maşınqayırma sahəsində müvafiq iş təcrübəsi
    • Kompyuter bilikləri: Autocad,Solid Works və yaxud başqa 3D CAD-CAM proqramları
    • Özündən yaradıcı fikirlər irəli sürən. 
    • Kollektivdə işləmək bacarığı.

    İş şəraiti

    • Əmək haqqı danışıq əsasında;
    • Nahar şirkət tərəfindən verilir;
    • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

    Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=39 
    və ya hr@metak.az ünvanına CV göndərərək 11.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.
    Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.


    3. Satış üzrə mütəxəssis

    İş barədə məlumat

    • Müştərilərdən birbaşa, e-mail və ya telefon vasitəsi ilə sifarişlərin qəbulu;
    • Qaimə-fakturaların yazılması;
    • Satışın reallaşdırılması;
    • Anbar qalığına nəzarət edilməsi;
    • Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
    • Göstərilmiş xidmət və satılmış malların ödənişinə nəzarət edilməsi.

    Namizədə tələblər

    Cinsi: qadın

    • Ali təhsil;
    • Satış sahəsində 1-3 ilə qədər iş təcrübəsi;
    • Riyazi hesablamaları aparma bacarığı;
    • MS Office proqramlarında işləmək bacarığı;
    • Aydın, inandırıcı və düzgün danışıq tərzi.

    İş şəraiti

    • Əmək haqqı danışıq əsasında;
    • Nahar şirkət tərəfindən verilir;
    • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

    Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=84 
    və ya hr@metak.az ünvanına CV göndərərək 12.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


    4. Təmirçi-çilingər

    İşin təsviri:

     Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin əsaslı və orta təmiri. 
     Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi. 
     Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi.
     Dəzgahların təmizlənməsi və yağlanması. 
     Mexanizmlərin yığılması, təmiri. 
     Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması. 
     Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi. 
     Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması. 
     Təmir üçün defekt cədvəllərin tərtib edilməsi.

    Əlavə şərtlər:

     İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
     İstirahət: bazar günü
     Nahar şirkət tərəfindən təmin olunur

    Tələblər:

     Ə/h: 600-800 azn.
     Cinsi: Kişi
     25-55 yaş
     Orta texniki təhsil
     Müvafiq iş stajı 3-5 il
     Dil bilikləri: Azərbaycan dili,  Rus dili – orta
     Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

    Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=111 və ya hr@metak.az ünvanına CV göndərərək 21.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


    5. Alətçi-çilingər

    İş barədə məlumat

    • Press qəliblərin və ştampların yığılması və təmiri;
    • Forma əmələ gətirən səthlərin və axma kanalların pardaqlanması;
    • Cizgilərin oxunması; 
    • Cizgilərdə təsvir olunan əsas elementlərin məlumat pəstahında nişanlanması;
    • Çilingər işləri: yonma, burğu ilə deşmə, cilalanma və sürtmə, detalların bir-birinə uyğunlaşdırılması;
    • Sınaqlarda iştirak etməsi.

    Namizədə tələblər

    • Orta texniki təhsil;
    • Press qəliblərdə bütün əməliyyatları bilməli (oturtma, müsadilə);   
    • Çilingər və ölçü-nəzarət alətləri, onların təyinatını və işlətmə qaydalarını bilməli;
    • Elektrik və pnevmatik alətlərlə işləmək bacarığı;
    • Press qəliblərin konstruktiv xüsusiyyətlərini və qaynar kanallı qəliblərin yığılmasını bilməli;
    • Bu sahədə iş təcrübəsi 5 ildən artıq.

    İş şəraiti

    • Əmək haqqı danışıq əsasında;
    • Nahar şirkət tərəfindən verilir;
    • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

    Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=122 və ya hr@metak.az ünvanına CV göndərərək 21.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.


    6. Tornaçı-frezerçi

    İşin təsviri:

    – İstifadəsinə təyin olunmuş avadanlığın iş prinsipini və istifadə qaydalarını  bilməli;
    – İstifadə etdiyi torna və frez alətlərinin növünü və təyin olunmasını bilməli;
    – Ölçmə, ölçü alətləri, ölçü vahidləri, standartlaşdırma, hədd kənarlaşmaları və s. haqqında məlumatlı olmalı;
    – Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını,  istehsalat  mədəniyyətinə riayət etməli.

    Əlavə şərtlər:

    – İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00 
    – İstirahət: bazar günü
    – Nahar şirkət tərəfindən təmin olunur

    Tələblər:

    – Cinsi: Kişi
    – 25-55 yaş
    – Ali texniki təhsil
    – Müvafiq iş stajı 3-5 il
    – Dil bilikləri: Azərbaycan dili,  Rus dili – orta
    – Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

    Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=110  və ya hr@metak.az ünvanına CV göndərərək 21.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

    Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online