26 C
Baku
Wednesday, April 24, 2024

Mikro kreditləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis – Yelo Bank

0
Mikro kreditləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis – Yelo Bank
Bakı, Bərdə, Lənkəran
11.06.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bakı, Lənkəran və Bərdə filiallarında Mikro kreditləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis” vakansiyasını elan edirik.

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə müvafiq filialı və vakansiya adını (Bakı/Mikro_kredit; Lənkəran/Mikro_kredit; Bərdə/Mikro_kredit) qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Mikro biznes müştəriləri departamenti
Vəzifə: Mikro kreditlər üzrə təcrübəçi / kiçik mütəxəssis / mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri

Vəzifə öhdəlikləri:

– Biznes müraciətlərinin təhlili
– Təhkim olunmuş kredit portfelinin idarə edilməsi
– Biznes görüşlərinin təşkili
– Müştəri şəbəkəsinin genişləndirilməsi

Tələblər:

– Ali təhsil
– Ünsiyyət qurmaq bacarığı
– Riyazi biliklər
– Komandada işləmək bacarığı

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
– Könüllü tibbi sığorta proqramına qoşulma
– Yığım sığortasına qoşulma imkanı
– Müasir idarəetmə sistemi və mehriban kollektiv

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi