2 C
Baku
Saturday, December 14, 2024

Mühasib (Salyan rayonu) – SOCAR

0
Mühasib (Salyan rayonu) – SOCAR
Salyan
11.06.2021

Vakansiyanın adı Mühasib (Salyan rayonu)
Elanın bitmə tarixi 17.06.2021
Keçid kodu 06180/2021 EXT
Müəssisə, Təşkilat Azəriqaz İB
Struktur vahidi İqtisadiyyat və uçot şöbəsi
Ştat vəzifəsinin adı Mühasib (Salyan rayonu)
Struktur vahidinin ünvanı Salyan şəhəri, C.Cabbalı küçəsi 127
Şəhər/rayon Salyan rayonu
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 10
Əmək haqqı 823.00 azn/aylıq
SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə
yemək xərci əvəzinə 3 manat əlavə vəsait ödənilir.

Əlavə məlumat
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
•Uzunmüddətli və qısamüddətli aktivlərin, kapital və öhdəliklərin uçotunu
aparmaq;
•Gəlir və xərcləri hesabat dövrünə düzgün aid etmək;
•Mal-materialların mədaxil və məxaricinin sənədləşdirilməsini qüvvədə olan
qanunvericiliyə uyğun olaraq aparmaq;
•İdarə üzrə mal-materialların analitik uçotunu və hərəkətinin qeydiyyatını
aparmaq;
•Anbarda olan mal-material qalıqlarını yoxlamaq və çatışmazlıqlar haqqında
tədbirlər görmək;
•Yerli uçotda mal-materialların mədaxil və məxaric uçotunu aparmaq;
•Təsərrüfat daxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi
məqsədilə İdarənin maliyyə fəaliyyətinin iqtisadi təhlilini həyata keçirmək;
•Daxil olan pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin tam uçotunun
təşkil edilməsini, həmçinin onların hərəkəti ilə bağlı əməliyyatların uçotda
vaxtında əks etdirilməsini təmin etmək;
•Maddi dəyərlilərin qəbulu və buraxılışının rəsmiləşdirilməsi üzrə müəyyən
olunmuş qaydalara riayət edilməsini təşkil etmək, əmlak və öhdəliklərin
inventarizasiyası qaydalarına riayət etmək;
•Müvafiq sənədlərin qorunması, onların müəyyən olunmuş qaydada
rəsmiləşdirilməsi və arxivə təhvil verilməsini təmin etmək;
•İdarəetmə aparatı və xidmətlər üzrə əsas vəsaitlərin sistemdə və yerli
uçotda hesabatını aparmaq;
•Pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin çatışmazlığı və
mənimsənilməsi ilə əlaqədar materialların rəsmiləşdirilməsində iştirak
etmək və yazılı şəkildə rəhbərliyə məlumat təqdim etmək;
•İdarə üzrə təbii qazın satışının və ödənişlərinin hər bir iştirakçı üzrə
uçotunun tam və dürüst şəkildə aparılmasını təmin etmək;
•Yaranmış debitor borcların vaxtlı-vaxtında yığılmasına nəzarət etmək;
•İdarəetmə aparatı və inzibati rayonlar üzrə xidmətlərdə görülmüş iş və
xidmətlərə görə daxil olan aktları , VHF və hesab fakturaları araşdırmaq,
yoxlamaq;

Vəzifə öhdəlikləri (funksiyalar)
•İstehsal və tədavül xərclərinin, smeta xərclərinin icrasının, məhsul, iş,
xidmət satışının, tikinti, quraşdırma və sair işlərin dəqiq uçotunun
aparılmasını həyata keçirmək;
•Müəyyən olunmuş müddətlərdə debitor borclarının alınmasını və kreditor
borclarının ödənilməsini, ümidsiz və şübhəli borcların və digər itkilərin
müvafiq qaydada silinməsini təmin etmək;
•Hesabat tərtib etmək üçün uçotun müxtəlif sahələri üzrə məlumat
hazırlamaq;
•İşçilərə pul vəsaitinin ödənilməsi üzrə digər ödəniş cədvəllərini hazırlamaq;
•Təsdiq оlunmuş ştat cədvəlinə, iş vaxtının uçotu tabellərinə uyğun оlaraq
işçilərə əmək haqqının və ödənişlərin ödənilməsini həyata kеçirmək;
•İşçilərin əmək haqlarından və göstərilən хidmətlərdən gəlir vеrgisini, sоsial
sığоrta ayırmalarını və digər tutulmaları qüvvədə оlan qanunvеriciliyə uyğun
оlaraq düzgün həyata kеçirmək;
•Əmək haqqından ödənişlərin köçürülməsi üçün bank sənədlərini
hazırlamaq;
•Sosial sığorta və məşğulluq fonduna nəzərdə tutulmuş hesabatları təqdim
etmək;
•Ezamiyyətə gedən işçilərlə hesablaşmaların uçotunu müvafiq
qanunvericiliyə uyğun olaraq həyata keçirmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali təhsil Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Ali təhsil / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Microsoft Excel
Microsoft Outlook
Microsoft Word

Bilməlidir
•Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
•Azərbaycan Respublikasının Əmək Məcəlləsini;
•Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında qanunu”nu;
•“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib