-3 C
Baku
Sunday, December 15, 2024

Modellərin validasiyası üzrə analitik – PASHA Holding

0
Modellərin validasiyası üzrə analitik – PASHA Holding
Bakı
14.09.2023

Vakansiyanın təsviri

  • Strateji Aktivlərdə hazırlanmış mühüm modellərin məqsədəuyğunluğunun təsdiq edilməsi ilə əlaqədar fəaliyyəti yerinə yetirməsi;
  • Modellərin məqsədəuyğunluğunun təsdiq edilməsinə dair yüksək keyfiyyətli hesabatların hazırlanmasında iştirak;
  • Qrup daxilində Model risklərinin idarə edilməsi qrupları ilə qarşılıqlı əlaqə;
  • Təsdiqləmə prosesindən irəli gələn tövsiyələri ilə daha yaxşı modelləşdirmə nəticələri əldə etmək üçün Strateji Aktivlərin konsultasiyası;
  • Strateji Aktivlərdə model sahibləri/tərtibçiləri ilə əməkdaşlıq;
  • Yeni və mövcud strateji modellərin müstəqil qiymətləndirilməsi;
  • Mövcud modellərə edilən dəyişikliklərin qiymətləndirilməsi;
  • Qiymətləndirmə planının vaxtında və səmərəli çatdırılmasına dəstək;
  • Əsas fərziyyələr və nəzəri baza daxil olmaqla, modellərin hazırlanması prosesinin keyfiyyətcə nəzərdən keçirilməsi;
  • Modellərin effektivlik göstəricilərinin statistik testlərdən istifadə edərək kəmiyyətcə qiymətləndirilməsi;
  • Aşkar edilmiş faktların sənədləşdirilməsində və nəticələrin bildirilməsində iştirak;
  •  Modellərin məqsədəuyğunluğunun təsdiq edilməsinin nəticələrini şərh etmək, model sahibləri/tərtibçiləri ilə lazımi fəaliyyət planlarının hazırlanmasına dəstək vermək və model sahiblərinə/tərtibçilərinə əsaslandırılmış tövsiyələrin verilməsi;
  • Qrup miqyaslı model reyestrində məqsədəuyğunluğu təsdiq edilmiş strateji modellərin ratifikasiyasının həyata keçirməsi;
  • Qrup üzrə modellərin məqsədəuyğunluğunun təsdiq edilməsi prosesinin təkmilləşdirilməsində iştirak;
  • Modellərin məqsədəuyğunluğunun təsdiq edilməsi sahəsində və qüvvədə olan qaydalarda yeni dəyişikliklərin nəzarətdə saxlaması;
  • Metodologiyalar, standartlar və avtomatlaşdırmanın davamlı təkmilləşdirilməsində iştirak;
  • Müxtəlif modellərin effektivlik göstəricilərini yaxşılaşdırmaq üçün tövsiyələrin formalaşdırılması və ardıcıl şəkildə yerinə yetirilməsi;
  • Modelin risk qiymətləndirilməsi və təsdiqləmə nəticələrinin təsviri daxil olmaqla təsdiqləməyə dair ətraflı hesabatların yazılması;
  • Model ilə əlaqədar məsələlər üzrə daxili/xarici maraqlı tərəflərlə koordinasiyada iştirak, müvafiq qərarların əldə edilməsi;

Xüsusi tələblər

  • Əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
  • 1 il müvafiq sahədə olmaqla ümumilikdə ən azı 3 il peşəkar təcrübə;
  • Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
  • Proqramlaşdırma dilləri (R və/və ya Python, SQL ilə praktiki iş təcrübəsi);
  • Modelləşdirmə və modellərin validasiyası üzrə münasib biliklər;
  • Modellərin validasiyası və ya model risklərinin idarə edilməsi ilə əlaqədar təcrübə;
  • Məhsul və bazar haqqında ətraflı məlumatlılıq;
  • Funksiya ilə əlaqəli sertifikasiyanın olması üstünlükdür;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər