Bakı
29.03.2024
Funksional vəzifələri:
- Həftəlik, Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması
- Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması
- Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması
- Böyük şəbəkələrlə aylıq üzləşmələrin təşkili, müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
- Satışa nəzarət və satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi
- Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
- Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması və rəhbərliklə paylaşılması;
- Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
- Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
Hüquq və səlahiyyətləri:
- Normal iş şəraiti ilə təmin olunmaq;
- Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
- Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
- Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
- Təşkilat daxilində qarşılıqlı əlaqə bağlılığı olan şöbə və bölmələrdən səlahiyyəti çərçivəsində lazım olan məlumatları tələb etmək;
- Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər.
Məsuliyyəti:
- Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
- Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
- Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
- İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
- Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
- İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
- İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq.
- Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
- Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.
Bilik və bacarıqları:
Yalnız xanım namizədlər (Yaş həddi 20-30 aralığı)
Təhsil: İqtisadi yönümlü ali təhsil;
Təcrübə: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Bilməlidir:
- Əsas maliyyə hesabatları; Balans hesabatı, Mənfəət/ Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti və s. hesabatların hazırlanmasını;
- Sürətli və effektiv Excel;
- Vergi prosedurları bilikləri, illik audit və hesabat prosedurları, ödəmə üsulları / satınalma prosesi haqqında məlumat;
- Azərbaycan dilində sərbəst yazmaq və danışmaq bacarığı, ingilis dili ən azı orta səviyyə arzuolunandır;
Bacarıqlar:
- Güclü proses və planlaşdırma düşüncəsi;
- İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
- İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.
Ünvan: Babək pr. 74
Struktur bölmənin adı: Maliyyə şöbəsi [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |