2 C
Baku
Sunday, December 15, 2024

Mühasib – Azərsilah Müdafiə Sənayesi Holdinqi

0
Mühasib – Azərsilah Müdafiə Sənayesi Holdinqi
Bakı
13.06.2024

Əmək funksiyası:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
  • İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
  • Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
  • Digər zəruri tələblər:
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
  • Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması arzuolunandır.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları
  • Təqdim etmə bacarığı
  • Detallara diqqət
  • Komandada işləmək bacarığı
  • Analitik düşünmə bacarığı

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur

İşin aid olduğu sahə

KateqoriyaMühasib