Vəzifə: Mühasib
Struktur hissəsi: Mühasibatlıq
Birbaşa tabeçilik: Baş mühasib
Funksional tabeçilik: Maliyyə departamentinin direktoru
MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
• Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
• Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
• Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
• Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
• Cəmiyyət üzrə kreditorlarların uçotunun aparır;
• Cəmiyyət üzrə debitorların uçotunun aparır;
• Cəmiyyətin əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunun aparır;
• Aylıq əmək haqqının hesablayır;
• Əmək haqqı ilə bağlı ayırmaların hesablayıb, təyinat üzrə ödəyir;
• Bank sənədlərinin tərtib edir;
• Kassa uçotuna nəzarət edir;
• Müvafiq müxabirləşmələrin verir;
• Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir;
Tələblər:
– Ali təhsil
– Mühasibat proqramlarını (1C) bilmək və kompüterdə işləmək bacarığı
– Qeyd olunan peşədə azı 2 il əmək stajı
Fərdi keyfiyyətlər:
– Məsuliyyətlilik
– Diqqətlilik
– Səliqəlilik
Məşğulluq: Tam
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |