İtaliyanın “Ferrero” şirkəti qovrulmuş yerfıstığı dadlı yeni “Nutella” şokolad pastasının satışa çıxarıldığını açıqlayıb. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilən press-relizdə bildirilir. Bu, məhsulun tərkibində 60 ildən çox müddətdə edilən ilk dəyişiklikdir.
Bildirilir ki, yeni “Nutella Peanut” hazırda ABŞ-nin bütün ərazisində satışdadır. Məhsulun digər ölkələrdə yayılması barədə açıqlamada məlumat verilməyib. Promo-aksiya çərçivəsində “Ferrero” may ayında Nyu-Yorkda “Nutella Peanut Pop-Up” adlı müvəqqəti mağaza da açacaq.
“Nutella” şirkəti 1964-cü ildə İtaliyada təsis edilib. Brendin məşhur şokolad məhsulları hazırda dünyanın 160 ölkəsində satılır. Nutella daha əvvəl çeşidini genişləndirərək müxtəlif şirin qəlyanaltılar təqdim etsə də, şokolad pastasının özündə indiyədək dəyişiklik etməmişdi.





