Bakı
13.02.2023
Bilməlidir:
- Azərbaycan dili (Rus və İngilis dili arzuolunandır);
- Netsis programını bilmək üstünlükdür;
- Əmək haqqı, məzuniyyət və ezamiyyətin hesablanması qaydaları
- Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə (vergi, MDSS, İS) üzrə hesabatın verilmə qaydaları;
- Microsoft Office programları: Outlook, Word və Excel
Bacarmalıdır:
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik;
- Məsuliyyət
- Detallara diqqət yetirmə;
Xüsusi tələblər:
- Minimum 2 il iş təcrübəsi;
- Yaş: 25-35 arası
Vəzifə öhdəlikləri:
- Kassa üzrə gündəlik hesabatların hazırlanması;
- Əmək haqları, məzuniyyət və ezamiyyətin hesablanması;
- Təchizatçılar ilə əlaqələrin yaradılması və lazımi ilkin sənədlərin istənilməsi (elektron/kağız qaimələr, aktlar, hesab-fakturalar);
- Daxil olan qaimələrin, aktların, hesab-fakturaların qəbul olunması, yoxlanılması və saxlanılması. Yaranan uyğunsuzluqların təchizatçılar ilə həll edilməsi;
- Təchizatçılar ilə üzləşmə aktlarının hazırlanması;
- Kreditorlar üzrə gündəlik hesabatların hazırlanması və mühasibatlıq proqramına işlənilməsi;
- Ödənişlərin icra edilməsi üçün daxili tələblərin hazırlanması;
- Təchizatçılar üzrə məlumat bazasının aparılması;
- Gündəlik kassa əməliyyatların aparılması və sənədləşməsi;
- Kassa üzrə gündəlik hesabatların hazırlanması;
- Rəhbərliyin ayrı-ayrı xidməti tapşırıqlarının yerinə yetiririlməsi;
- Ay sonu müştərilərin aylıq ödənişlərinin günlər üzrə yoxlanılması;
- Müqavilələrdə kreditor bölümünə aid olan maddələrə baxır və lazım olan rekvizitləri daxil edir və müvafiq proqrama müqavilənin şərtlərini daxil edir;
- Müvafiq proqramda yerli şirkətlərin həftəlik ödəmə planını hazırlayır;
- Lazım gələrsə mühsaibatlıq üzrə digər əməliyyatların aparılması üçün komandaya dəstək olmaq;
- Ayın bağlanmasının koordinasiya edilməsi ;
- AP balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları düzəltmək;
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- AR ƏM -nə müvafiq sənədləşmə;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə mailə göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |