15 C
Baku
Monday, May 6, 2024

Mühasib – Panda Tech

0
Mühasib – Panda Tech
Bakı
18.04.2024

Vəzifə öhdəlikləri:

  • Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək;
  • Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;
  • E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
  • Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması;

Namizədə tələblər:

Təhsil və Təcrübə üzrə:

  • Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
  • İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);
  • ACCA-FA üzrə sertifikat və digər ACCA sertifikatları üstünlükdür;
  • Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
  • Praktiki İngilis dili;

Şəxsi Keyfiyyətlər:

  • Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;
  • Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;
  • Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
  • Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Yaş həddi: 30 yaşa qədər

Biz nə təklif edirik:

  • Gənc və professional kollektivlə çalışmaq
  • Yüksək komanda ruhunda əməkdaşlıq
  • Karyera inkişafı üçün şərait
  • Mərkəzdə yerləşən ofis

İş şəraiti:

  • İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar)
  • Əmək haqqı: 1000 AZN (təcrübə və KPI göstəricilərinə əsasən razılaşdırılır)

Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib” qeyd edərək göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 15.05.2024 [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib