2 C
Baku
Saturday, December 14, 2024

Mühasib vəzifəsi üzrə 8 vakansiya: Əmək haqları 1000 – 1500 AZN

0
Mühasib vəzifəsi üzrə 8 vakansiya: Əmək haqları 1000 – 1500 AZN
03.06.2019

1. Böyük mühasib – Samiramis firması

Şirkətə   Böyük  mühasib  tələb  olunur. (xidmət  sahəsi  üzrə)

Vəzifələr:

– Mühasibat və vergi uçotunun aparılması;
– Mal-Material uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
– İşçilərlə hesablaşmaların təmin edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;
– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
– Aylıq maliyyə hesabatlarının  hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Mənfəət  və  ya  Zərər  haqqında  hesabat   hazırlanması   və rəhbərliyə təqdim edilməsi;
– Maliyyə   vəziyyəti  haqqında  hesabat  hazırlanması  və rəhbərliyə təqdim edilməsi;
– Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat  hazırlanması  və  rəhbərliyə təqdim edilməsi;
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş  müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə bütün   hesabatların   müvafiq  proqramlarda  hazırlanması və  onlayn  təqdim edilməsi;
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;
– Elektron hökumət portalında “Əmək və Əhalinin sosial müdafiə Nazirliyi” bildiriş   bazasında  kadrlarla bağlı işə qəbul, xitam və digər   əməliyyatların aparılması;
– Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;
– Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Tələblər:

– 25-50 yaş aralığında olan  namizədlər;
– Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
– Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
– Mühasibat uçotunun metodikası və texnikası
– Mühasibat hesablaşmaları
– Əmək və vergi  məcəllələrini  yüksək  səviyyədə  bilməli
– 1.C8.1  ,  1.C8.2  və  1.C8.3  Proqramlarında  yüksək  səviyyədə  işləmə bacarığı
– İş təcrübəsi: müvafiq vəzifədə  5 ildən  yuxarı
– Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
– Məsuliyyətli, stressədavamlı

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə 6 iş günü,  saat  09.00 –dan  19.00-dək,  şənbə  günü  09.00-dan  13.00-dək

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək  öz  CV lərini   mükəmməl   şəkildə   [email protected]  email ünvanına göndərməyiniz  xahiş olunur.


2. Baş Mühasib ( Sabirabad, Beyləqan ) – MKT İstehsalat Kommersiya MMC

Vəzifə funksiyaları

• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini və ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi və təqdim edilməsi;
• Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və mühasibatmaliyyə idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir, tabeçiliyində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edir; 
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu həyata keçirir. Mühasibat uçotu hesablarında onların hərəkətinin düzgünlüyünə nəzarət edir;
• Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

• Maliyyə/Mühasibat sahəsində ali təhsil;
• Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
• AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin və mühasibat hesabatlarının tərtib edilməsi qaydalarını bilmək.

İş qrafiki: 6 günlük,  I-V – 09:00-17:00, VI – 09:00–15:00

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində  [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Baş Mühasib” yazmaqla müraciət edilir.


3. Mühasib –  Your Finance

Əsas vəzifələr:

• Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
• Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
• Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
• İdxal olunmuş malların maya dəyərinin hesablanması;
• Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
• Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
• Vergi hesabatlarının hazırlanması;
• Maliyyə hesabatlarının hazırlanması;
• Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
• Statistika hesabatlarının hazırlanması.

Tələblər:

• İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
• Mövcud sahədə olan qanunvericilik normalarını dəqiq bilmək;
• Mühasibatlıq üzrə ən azı 5 il iş təcrübəsi; 
• 1C (8.3), BTP proqramında işləmək bacarığı;
• MS Office proqramları üzrə qabaqcıl  istifadə biliyi; 
• Məsuliyyətli, dəqiq və peşəkar;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
• Problemləri təhlil və həlletmə bacarığı;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• Rus və ingilis dilini bilmək arzu olunandır;
• İş təcrübəsi : Ən az 5 il

– İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək
– Əmək haqqı 1200-1500 AZN

Bütün kriteriyalara cavab verən şəxslər CV-lərini MÜHASİB başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.

Əlaqə: +994 552087292 / +994 709532800


4. Mühasib – Baku Coffee Company

Əmək haqqı: 1000 AZN

Namizədə tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;  
– Mühasibatlıq üzrə minimum 3 il iş təcrübəsi;
– MS Office (xüsusilə MS Excel), 1c 8.3 proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– Vergi qanunvericilikləri üzrə məlumatlı, ilkin uçot sənədləri barədə məlumatlı, aktiv öhdəlik-kapital maddələri və müxabirləşməni bilməli; 
– Xarici dil biliyi üstünlükdür;
– Riyazi bilikləri yüksək, məsuliyyətli və işgüzar;

İş barədə məlumat

– Əsas vəsaitlərin uçotu və amortizasiyanın hesablanması;
– Debitor və kreditor borcların uçotunun aparılması;
– Gündəlik mühasibatlıq əməliyyatları və sənədləşmənin aparılması;
– Gəlir və xərclərin hesablanması;
– Banklarla və digər orqanlarla hesablaşmalar;

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  10:00  – 19:00
– Şənbə : 10.00  – 16.00 
– İş yeri Ağ şəhərdə yerləşir

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.


5. Mühasib – Agro-West DC LLC

Dil bilikləri:

– Azərbaycan – Ana dili;
– Rus dili (üstünlükdür)

– Kompüter bilikləri: Microsoft office (Word, Excel, PowerPoint) – əla səviyyədə bilən; 
– Riyazi və Analitik bacarıq; 
– Təcrübə: min. 1-3 il
– 1C Mühasibat Proqramını bilmək  (1C 8.3 versiyası ilə  işləmə bacarığı)
– Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilməli

Vəzifə öhdəlikləri

– Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;  
– Əməkhaqqı fondunun xərclənməsinə nəzarət
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək 
– Vergi ödənişlərinə nəzarət etmək
– Vergi bəyannamələrini yığmaq

İş şəraiti:

– 5 günlük iş həftəsi
– iş vaxtı: 08:00 -17:30
– Nahar yeməyi şirkət tərəfindən verilir
– İşçi AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.

Əmək haqqı namizədə görə təyin olunacaq – (1000-1500 AZN)

Uyğun namizədlər cv formalarını [email protected] e-mailinə başlıq  “mühasib”  yazmaqla göndərə bilərlər.


6. Mühasib – Prior Leasing

Əmək haqqı: 1000 AZN

Namizədə tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;  
– Mühasibatlıq üzrə minimum 3 il iş təcrübəsi;
– MS Office (xüsusilə MS Excel), 1c 8.3 proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– Vergi qanunvericilikləri üzrə məlumatlı, ilkin uçot sənədləri barədə məlumatlı, aktiv öhdəlik-kapital maddələri və müxabirləşməni bilməli; 
– Xarici dil biliyi üstünlükdür;
– Riyazi bilikləri yüksək, məsuliyyətli və işgüzar;

İş barədə məlumat

– Əsas vəsaitlərin uçotu və amortizasiyanın hesablanması;
– Debitor və kreditor borcların uçotunun aparılması;
– Gündəlik mühasibatlıq əməliyyatları və sənədləşmənin aparılması;
– Gəlir və xərclərin hesablanması;
– Banklarla və digər orqanlarla hesablaşmalar;

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  9:00  – 18:00
– Şənbə : 10.00  – 16.00 
– İş yeri Ağ şəhər biznes mərkəzində yerləşir

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.


7. Aparıcı mühasib – Embafinans BOKT

Tələblər:

Maliyyə, mühasibat uçotu ilə bağlı ali təhsil
Mühasibat uçotu sahəsində iş təcrübəsi
Office proqramlarında təkmil iş bacarıqları
Bank işi, Vergi və Əmək qanunvericiliyindən məlumatlı olmaq
Analitik qabiliyyətin olması

Vəzifələr:

1) Müxabirləşmələrin verilməsi və sənədləşmənin təşkili.
2) Gəlir və xərclərin uçotu
3) Debitor və kreditorların uçotu 
4) Bank hesablarının hərəkətinin uçotda əks etdirilməsi
5) Əsas vəsaitlərin və amortizasiyanın uçotu
6) Işçilərlə hesablaşmaların aparılması
7) Ödəniş tapşırıqlarının hazırlanması

E – mail : [email protected]


8. Account Manager / IT Consulting – Smart Cloud LLC

Company : SMART business the Winner of 2018 Microsoft Country Partner of the Year Award for Ukraine, owning 9 Gold Competencies — the leader of European market of consulting services in providing innovative solutions for effective business management and implementation, development of business systems from Microsoft Dynamics Platform. We implement and develop business systems based on the Microsoft Dynamics 365 platform, as well as Microsoft cloud products for solving complex business problems: Microsoft Office 365, Microsoft Azure, Power BI, Yammer.

Our clients: Pasha Insurance, Access Bank, The Ministry of Transport, Communications and High Technologies of the Republic of Azerbaijan, Aztelecom, Softline, BestComp, Johnson & Johnson Ukraine, Ebay, IKEA, Adidas, KRKA, Electrolux etc. And also, more then another 600 customers in more than 60 countries such as: Poland, Holland, Germany, United Kingdom, Georgia, Lithuania.
We are constantly developing and reaching new heights, therefore our Ukrainian office is in search of a professional Internal Communications and Event manager who will become a part of our team.

Responsibilities 

• Attracting new customers;
• Preparing commercial offers;
• Appointing meetings with potential customers and partners for negotiations;
• Negotiations with customers, taking meeting minutes;
• Reporting to the Management;
• Business correspondence with customers;
• Planning and recording all activities in the CRM system of the Company;
• Managing and developing relationships with the existing large customers of the Company;
• Enhancing loyalty to the Company;
• Going on business trips;
• Daily reporting in internal system.

Our perfect candidate  

• Has higher education;
• Has good command of Russian and English (at least Upper-Intermediate level);
• Has sales and customer advising skills;
• Is highly capable of multitasking and self-reliant;
• Has perfect communication skills;
• Is responsible, sociable, pro-active, efficient, goal-oriented, able to work in a team, flexible and persistent;
• Ideally has experience of selling Microsoft products (Office 365, ERP, CRM, AZURE, etc.).

We offer 

• Vast possibilities for professional growth;
• Perfect working atmosphere;
• Professional training;
• Competitive salary;
• Convenient location and comfortable office;
• Social events as an inseparable part of corporate culture at SMART business, which implies corporate celebrations, travelling, sports competitions.

For more information about us follow these links: 

http://www.smart-it.com/
https://smart-cloud.az/
https://www.facebook.com/smartua/
https://www.linkedin.com/company/smart-business/
http://smart-talks.org/
https://www.facebook.com/groups/smarttalks.org/about/
http://getsmart.com.ua/ 

For applying If you are interested in vacancy, please send your CV to [email protected] with the subject AZE Account Manager / IT Consulting.

İşin aid olduğu sahə

KateqoriyaMühasib