25 C
Baku
Saturday, April 20, 2024

İŞ VAR: “Baku Electronics”ə 5 vəzifə üzrə işçilər tələb olunur

0
İŞ VAR: “Baku Electronics”ə 5 vəzifə üzrə işçilər tələb olunur
03.06.2019

1. Resurs planlama mütəxəssisi (ERP)

Tələblər:

– Ali təhsil (texniki, proqram təminatı sahəsində),
– Müvafiq sahədə 3il iş təcrübəsi,
– Proqram təminatının istifadəsində və ya tətbiqi sahəsində 1 illik təcrübə,
– Proqram təminatının tətbiqi layihələrində biznes analiz işləri apara bilmək,
– ERP layihələrindən  məlumatlı olmaq,
– Microsoft Office proqramlarını peşəkar səviyyədə bilmək,
– Azərbaycan və Rus dillərini bilmək (ingilis texniki səviyyədə),
– ERP Database infrastruktur bilikləri,SQL sorgular yazma bacarigi,
– SQL ve ya Oracle Database bilikleri,
– Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

– ERP proqramda işləmə, yazılım və dəstək;
– Program modullarının xidmət sahələrinə tətbiqi;
– Yaranan problemlərin tez bir zamanda həll olunması 
– Texniki tapşırıq sənədi yazmaq, 
– Layihə planı hazırlamaq, 
– Proqram təminatını test etmək,
– İstifadəçilər üçün istifadə təlimatını hazırlamaq,
– İstifadəçilər üçün təlimlər keçmək,
– İstifadəçilrən müraciətlərini cavablandırmaq və həll edilməsini təşkil etmək.


2. İnsan Resurslar üzrə kiçik mütəxəssis

VƏZİFƏ BORCLARI:

– Davamiyyətin izlənilməsi və hesabatlarının hazırlanması,
– Yeni işə qəbul olunan əməkdaşa davamiyyət kartının verilməsi , davamiyyət proqramında qeydiyyatdan keçirilməsi,
– Şirkət əməkdaşlarının məzuniyyət, icazə, xəstəlik və ezamiyyət qeydlərinin aparılması,
– Gündəlik davamiyyət struktur rəhbərlərinə təqdim olunması,
– Davamiyyətlə bağlı problemlərin araşdırılması və lazımi izahat və ərizə formalarının yetkili rəhbər şəxslərdən tələb olunması,
– Məzuniyyət, icazə, izahat və ezamiyyət sənədlərinin arxivləşdiirlməsini təmin etmək.

İXTİSAS TƏLƏBLƏRİ:

– Ali təhsili,
– İnsan resursları sahəsində 0-1 il iş təcrübəsi,
– Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
– Əla səviyyədə kompüter bacarıqları (xüsusi ilə Excel),
– Komandada işləmək bacarığı.


3. İT mütəxəssis

Tələblər:

– Ali təhsil,
– Müvafiq sahədə 2il iş təcrübəsi,
– İşgüzar ünsiyyət etikası,
– Diqqətçilik və yüksək məhsuldarlıq,
– Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

– Kompyuterlərə texniki xidmət,
– İstifadəçi kompyuterlərdə yaranan Hardware, Software problemlərini yerində həll etmək,
– Kompüterlərin şəbəkəyə qoşulması,
– Əməliyyat sistemlərinin yazılması,
– Domen şəbəkələrində istifadəçilərin idarə olunması,
– Kompyuterlərdə yaranan gündəlik problemlərin diaqnostikası və aradan qaldırılması,
– Antiviruslar yazılması idarəolunması və onların iş prinsiplərini bilmək.


4. Hüquqşünas

Vəzifə öhdəlikləri:

– Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq
– Məhkəmə sənədlərinin hazırlanması və lazım gəldikdə məhkəmə proseslərində iştirak etmək
– Hüquqi risklərin qiymətləndirilməsi
– Məhkəmə sənədlərinin hazırlanması

Tələblər:

– Ali hüquqi təhsil
– Azərbaycan və Rus səlis bilməli 
– Məhkəmə proseslərində iştirak təcrübəsi
– Hüquqşünas kimi iş təcrübəsi (müqavilələr, qeydiyyat, hüquqi sənədlərin hazırlanması, məhkəmələrdə təmsilçilik)
– Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
– Standart MS Office proqramlarında işləmə bacarıqları (Word, Excel, və s.)


5. Mağaza Müdiri (Mingəçevir filialı)

Vəzifələr:

– Mağazanın gündəlik iş proseslərinə və mağazanın ümumi fəaliyyətinə tam nəzarəti həyata keçirmək.
– Əməliyyat, ödəniş və komunikassiyası sistemlərinin  fasiləsiz işinə nəzarət etmək.
– Mağaza heyyətinin  fəaliyyətini təşkil etmək, istiqamətləndirmək, motivasiya etmək, komanda ruhunu qorumaq.
– Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək.
– Kampaniyaların icrasını təmin etmək məqsədi ilə kampaniya şərtləri ilə bağlı heyyətin məlumatladırmaq.

Tələblər:

– Ali təhsil.
– MS Office (Word, Excel və s.) proqramları üzrə yaxşı biliklər.
– Elektronika satışı sahəsi üzrə iş təcrübəsi.
– Müştərilərlə işləmə bacarığı.
– Komandada işləmə bacarığı.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
“Mövzu” bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər