6 C
Baku
Sunday, December 15, 2024

Mühasib – Veysəloğlu Şirkətlər Qrupu

0
Mühasib – Veysəloğlu Şirkətlər Qrupu
07.05.2019

Vəzifə: Mühasib

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Ali iqtisadi təhsil (magistr təhsili üstünlükdür)

Vəzifə öhdəlikləri:

– Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlər, mallar, maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, tədarükçülərin hesabı və göstərilən xidmətlər) yerinə yetirmək;
– Əmək haqqları yoxlanması, sistem icrası və ödəmələri;
– Transfer, ləğv etmə, alış, qaytarma əməliyyatlarının icrası;
– Kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi;
– Müştərək Şirkətlərlə üzləşmələrin aparılması;
– Təhtəlhesab şəxslərlə hesablaşmalar və onların uçotu.

Tələblər:

– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Mühasibat uçotu sahəsində iş təcrübəsi;
– Microsoft Office (Excel) yaxşı səviyyədə bilmək;
– Logo proqram biliyi arzu olunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib” yazıb CV göndərməklə müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib