28 C
Baku
Saturday, July 27, 2024

Mühasibat uçotu və hesabatı departamentinin mühasibi (İnvestisiya) – Azərbaycan Respublikası Dövlət Neft Fondu

0
Mühasibat uçotu və hesabatı departamentinin mühasibi (İnvestisiya) – Azərbaycan Respublikası Dövlət Neft Fondu
Bakı
13.09.2023

Vakansiyanın təsviri

  • Beynəlxalq mühasibat və vergi tələblərinə uyğun mühasibat uçotunun aparılması
  • Fondun büdcə daxilolmaları və vəsaitlərinin çıxarılmasının cari vəziyyəti haqqında gündəlik hesabatların hazırlanması
  • Qanunvericiliyə uyğun olaraq Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna dövri hesabatlar təqdim etmək
  • Aylıq, rüblük və illik investisiya və idarəetmə hesabatlarının hazırlanması
  • Fondun törəmə müəssisələrinin büdcələrini hazırlamaq və onun rüblük icrasına nəzarət etmək və rəhbərlik üçün hesabat hazırlamaq
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında Beynəlxalq audit standartlarına uyğun olaraq Fondun kənar auditinin keçirilməsi üçün müsabiqənin keçirilməsi
  • Audit prosesində müvafiq hesabatların hazırlanması ilə bağlı tələb olunan məlumat və sənədləri təqdim etmək
  • Fondun və onun törəmə müəssisələrinin illik konsolidə edilmiş maliyyə hesabatlarının auditini və onların təhlilini təşkil etmək və əlaqələndirmək
  • Vergi hesabatlarının hazırlanması
  • İkiqat vergitutmanın qarşısının alınması ilə bağlı sənədlərin hazırlanması
  • Törəmə müəssisələrin vergi öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək

Xüsusi tələblər

  • Mühasibat, maliyyə və ya iqtisadiyyat sahələri üzrə ali təhsil
  • ACCA üzvü / tələbələrinə üstünlük verilir
  • IFRS üzrə ICFM diplomu
  • Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır.
  • Mühasibatlıq sahəsi üzrə 3+ il iş təcrübəsi tələb olunur.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər