16 C
Baku
Thursday, April 25, 2024

Mühasibatlıq üzrə aparıcı/böyük mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

0
Mühasibatlıq üzrə aparıcı/böyük mütəxəssis – Ziraat Bank Azərbaycan ASC
Bakı
03.04.2020

Ziraat Bank Azərbaycan ASC Maliyyə Departamentinə Mühasibatlıq üzrə aparıcı/böyük mütəxəssis

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
• Mühasibatlıq sahəsində 3 / 6 il iş təcrübəsi;
• ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F3 (FA), F7 (FM) və ya CIMA BA3, F1 (FRT) sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
• AR Vergi Məcəlləsini yaxşı səviyyədə bilməli;
• MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etməsi;
• SQL biliyi arzuolunandır;
• Azərbaycan dili (əla), ingilis dili (orta) səviyyədə biliklərə malik olması;
• Yüksək səviyyədə məntiq və riyazi bilik;
• Analitik düşünmə qabilliyəti və yaranmış problemlərin həll etmək bacarığının olması.

Vəzifə öhdəlikləri:

• Bankın mühasibat uçotunun qanunvericiliyə müvafiq düzgün və şəffaf şəkildə aparılması, aparılan ödənişlərin və digər sənədlərin qeydiyyat və icrasını həyata keçirmək;
• Əsas vəsaitlərin uçota alınması, aparılması və aylıq amortizasiyasının hesablanması;
• Vergi və digər dövlət orqanlarına ödənilən vergi və rüsumların uçotunun aparılması;
• Bankın debitor və kredit hesablarına, filiallararası hesablaşmalarına nəzarət edilməsi;
• Əmək haqqı və onunla bağlı hesablaşmaların aparılması;
• Xərclərin büdcəyə uyğunluğunun yoxlanılması və icrası;
• Günün sənədlərinin yığılması;
• Müxbir hesablara nəzarət edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 12-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Mühasibatlıq üzrə aparıcı/böyük mütəxəssis” qeyd etməyiniz vacibdir.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Mühasibatlıq və Maliyyə