6 C
Baku
Sunday, December 15, 2024

Mühasibatlıq üzrə Kiçik Mütəxəssis – Azərbaycan Sənaye Bankı

0
Mühasibatlıq üzrə Kiçik Mütəxəssis – Azərbaycan Sənaye Bankı
Bakı
08.10.2021

Ümumi məlumatlar

-Ali iqtisadi təhsilli olmalı;
-İngilis dili biliyi olmalı;
-Microsoft office proqramları bilməli;
-Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
-Qrup şəklində işləmək bacarığı olmalı;
-Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
-Təhliletmə, hesabatvermə, məlumat toplama və problemləri müstəqil həlletmə bacarığı olmalı.

İş haqqında məlumat

-Bankın və filialların satınalmaları, gündəlik tələbat malları və xidmətlər (mühafizə, icarə, reklam, elektrik, su, qaz, telefon, benzin, yemək və s.) üzrə maliyyə sənədləşmələrinin hazırlanması və ödəmələrin/köçürmələrin bank proqramına daxil edərək icra etmək;
– Satınalmalar, iş və xidmətlər üzrə avanslara nəzarət etmək və onları qaydalara uyğun olaraq vaxtında bağlamaq (Baş ofis və bütün filiallar üzrə);
-Sığorta ödənişləri (tibbi, icbari,kasko, yanğın, və s.) üzrə maliyyə sənədlərini hazırlamaq, ödəmələri/köçürmələri bank proqramına daxil edərək icra etmək;
-Baş ofis və filialların (ayrı-ayrılıqda) əsas vəsaitlərini balansa almaq və bank proqramına daxil etmək
– Vergilər Nazirliyinin Elektron Kargüzarlıq sisteminə nəzarət etmək (gələn Elektron Qaimələrin, elektron vergi hesab fakturaların, məktubların, elektron şəkildə göndərilən digər sənədlərin sistemdən alınaraq mühasibatlığa aid işləri görmək və ya aidiyyatı strukturlara təqdim etmək;
– Balans, Mənfəət-Zərər və digər əməliyyatlar üzrə cari hesabatların hazırlanması və hesablara nəzarət edilməsi.

İş şərtləri

Həftə içi 5 gün, 09:00-18:00

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Mühasib