Vəzifə: Müştəri Əlaqələrinin idarə edilməsi üzrə şöbə müdiri (CRM)
Namizədə tələblər
• Təhsil: Ali təhsil
• Kompüter bilikləri: MS Office (EXCEL əla səviyyədə)
• Dil bilikləri: Rus dili və ingilis dili yüksək səviyyədə
• Yaş: 35 yaşa qədər;
• Müştəri Əlaqələrinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
• Müştərilərin narazılıqlarını və şikayətlərini, gizli müştəri və Net Promoter Score rəylərini bir araya gətirmək və analiz etmək;
• Davamlı olaraq müştəri məmnuniyyətini artırmaq üçün imkanları müəyyənləşdirmək və daxili və ya xarici təcrübədən yararlanaraq yenilik etmək üçüç təşəbbüs göstərmək;
• Lazımi hesabatlar hazırlanaraq rəhbərliyə təqdim olunması
• Sosial mediaya (whats up, instagram, facebook) və qaynar xəttə daxil olan şikayətlərin həll edilməsi və müştərilərin məlumatlandırılmasının monitorinqini həyata keçirtmək;
• Sosial mediaya və qaynar xəttə daxil olan şikayətlərin həll edilməsi və müştərilərin məlumatlandırılması üzrə aylıq hesabatın tərtib edilməsi və nəzarət.
Əlavə təminatlar:
• Nahar;
• Korporativ nömrə;
• Servis xidməti;
İş qrafiki:
– İş saatları 09:00 – 18:00;
– Nahar fasiləsi: 13:00-14:00
– Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Müştəri Əlaqələrinin idarə edilməsi üzrə şöbə müdiri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |