16 C
Baku
Saturday, April 20, 2024

Müştəri Meneceri (Zaqatala) – PASHA Bank

0
17.07.2019

Müştəri Meneceri (Zaqatala) 
 
İş barədə məlumat:

Biznes əlaqələrinin səmərəli idarə olunması, təkmilləşdirilməsi və saxlanması ilə daha böyük portfeli qazanmaq üçün hazırkı portfelin idarə olunması. Müştərilərin tələblərini qarşılamaq üçün onlara əsas məhsulların (depozitlər, kreditlər, hesab və ödəniş xidmətləri, ticarətin maliyyələşdirilməsi, debitorların maliyyələşdirilməsi, sığorta, biznes kreditləri və debet kartları) təqdim olunması. Ümumi gəlirin haqların və komissiyaların artırılması. Kommersiya bankçılıq müştərilərinə çarpaz satışın təşkilini təmin etmək üçün, bankın digər departamentləri ilə qarşılıqlı əlaqələrin qurulması.

Vəzifə öhdəlikləri:

1. Məhsulların satışından, gəlirlikdən və müştəri məmnunluğunun artirmasına əsasən portfelin böyüməsi təmin etmək 
2. Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması
3. Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması
4. Müştərilərə fərqlı və xüsusi məhsul və xidmətlərini təklif etmək üçün digər biznes sahələri ilə əməkdaşlıq etmək 
5. Bankın brendini və nüfuzunu artırmaq üçün müxtəlif sərgilər və tədbirlərdə iştirak etmək
6. Bankın və müştərilərin məlumatlarının məxfiliyin qorunmasını təmin etmək
7. Müştəri kredit üçün müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq, qaydalara və qanunvericiliyə uyğun olaraq təkliflərin verilməsi
8. Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq

Tələb olunan ixtisas və bacarıqlar:

• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
• Analitik bacarıqlar 
• Yaxşı ünsiyyət və danışıq bacarıqları
• Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə 
• Xarici dillər: İnqilis dili (orta), Rus dili (yaxşı)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Müştəri Meneceri (Zaqatala)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.