-1 C
Baku
Sunday, December 15, 2024

Müştəri xidmətləri şöbəsinin aparıcı və baş mütəxəssisi -Bank BTB

0
Müştəri xidmətləri şöbəsinin aparıcı və baş mütəxəssisi -Bank BTB
25.11.2019

Bank “BTB” ASC Müştəri xidmətləri şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Müştəri xidmətləri şöbəsinin aparıcı və baş mütəxəssisi

İş barədə məlumat:

• Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
• Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
• Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
• Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
• Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
• Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
• Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
• Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər:

• Vahid komandada işləmək qabiliyyəti;
• Azərbaycan, rus dillərini bilmək;
• Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
• Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 25.12.2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı