16 C
Baku
Saturday, April 20, 2024

Müştəri Xidmətləri Şöbəsinin həkim-koordinatoru – AtaSığorta ASC

0
Müştəri Xidmətləri Şöbəsinin həkim-koordinatoru – AtaSığorta ASC
Bakı
22.06.2021

Tibbi və Səyahət Sığortası Departamentinin Müştəri Xidmətləri Şöbəsinin həkim-koordinatoru:

Şirkət: AtaSığorta ASC
İş qrafiki : 5 günlük iş qrafiki (09:00 – 18:00)
Son müraciət tarixi: 30.06.2021

Əsas vəzifə öhdəlikləri:

• Sığorta hadisəsi üzrə müraciətləri dinləyir və proqrama daxil edir;
• Sığortalının tələbinə və təminatına uyğun tibb müəssisəsi ilə əlaqə yaradır, xidməti dəqiqləşdirir;
• Sığortalıya xidmət tarixi və yeri barədə məlumat verir;
• Sığortalının müraciətlərinin qəbul edilmiş təminata və limitə uyğunluğunu yoxlayır.;
• Səyahət sığortası hadisələrinin tənzimlənməsi üzrə sığortalının sığorta hadisəsi ilə bağlı müraciətlərini cavablandırır;
• Müraciət etmiş sığortalılarla telefon əlaqəsi yaradıb xidmətin effektivliyi barədə məlumat toplayır, yaranmış narazılıqları aradan qaldırmaq üçün müvafiq tədbirlər görür və gündəlik hesabatlarda əks etdirir.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Tibb sahəsi üzrə ali təhsil;
• Ən azı 1 il iş təcrübəsi;
• Sığorta sahəsində müvafiq fəaliyyət üzrə iş təcrübəsi olanlara üstünlük verilir.

Tələb olunan bacarıq və səriştəliklər:

• Azərbaycan dilini əla (yazı, danışıq), ingilis və rus dillərini orta səviyyədə bilənə üstünlük verilir;
• Microsoft Office proqramlarının biliyi (Word, Excel, Power Point);
• Səlis nitq, aydın danışıq tərzi;
• Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı.

Müraciət etmək üçün

Başlıqda “Tibbi və Səyahət Sığortası Departamentinin Müştəri Xidmətləri Şöbəsinin həkim-koordinatoru” qeyd olunmaqla CV-nizi [email protected] ünvanınıza göndərməyinizi xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaSığorta