24 C
Baku
Thursday, April 18, 2024

Müştəri Xidmətləri-təcrübə proqramı – Yelo Bank

0
Müştəri Xidmətləri-təcrübə proqramı – Yelo Bank
28.02.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Müştəri Xidmətləri üzrə təcrübə proqramını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Müştəri Xidmətləri-təcrübə proqramı” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Banka daxil olan müştərilərin qarşılanması və müvafiq şöbələr üzrə yönləndirilməsi
• Bank məhsulları hakqında müştəriləri dolğun məlumatlandırmaq
• Müştəriləri ATM, Pos terminal və bənzəri bank avadanlıqlarının istifadəsi qaydaları barədə maarifləndirmək
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönəltmək

Tələblər:

• Ali təhsil
• Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
• Word və Excel proqramlarından istifadə bacarığı
• Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
• Komanda ilə işləmək bacarığı
• Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Təcrübə müddəti ərzinəAzərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri
• Təcrübə proqramı həmçinin gənclərin fərdi inkişafına təsir edərək, onların iş mühitinə psixoloji və mənəvi hazırlığına töhvə verəcəkdir.
• Proqramı uğurla başa vuran gənclər Bankda və ya digər təşkilatda işə başladıqdan sonra isə qısa zamanda yeni iş mühitinə adaptasiya ola biləcəklər
• Həmçinin bu gənclər, Yelo Bankda gələcəkdə işlə təmin olunma imkanı əldə edəcək.
• Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq
• Təcrübə proqramı ilə bağlı müraciət etmək üçün Yelo Bankın elektron ünvanına CV-nizi yönləndirə bilərsiniz

İşin aid olduğu sahə

KateqoriyaTəcrübə proqramları