AFB Bank Nəzarət sahəsi üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Menecer
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadiyyat, maliyyə);
• Nəzarət, audit və ya risk sahəsində 3 illik iş təcrübəsi;
• Mükəmməl Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi arzuolunandır );
• Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları üzrə biliklər;
• Bank əməliyyatları ilə bağlı dərin nəzəri və praktiki biliklər;
• Güclü MS Office – Excel bilikləri, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Analitik düşüncə qabiliyyəti, dəqiqlik, təşəbbüskarlıq;
• Məsuliyyət, gərgin iş rejimində işləmək bacarığı, ünsiyyət qurmaq qabiliyyəti, komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• Rəhbərlik etdiyi Nəzarət sahəsinin işini planlaşdırılmaq, təşkil etmək və nəzarəti həyata keçirmək;
• Tabeçiliyində olan əməkdaşların işini planlaşdırmaq, onların fəaliyyətini qiymətləndirmək;
• Daxili nəzarət sistemlərini təkmilləşdirmək, həmçinin sistemin effektivliyinin artırılması üçün tövsiyələr vermək;
• Bankın daxili qayda və prosedurlarının Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğunluğunu yoxlamaq;
• Bankın strukturlarında fəaliyyətin bankdaxili qayda və prosedurlara uyğunluğunu təftiş etmək;
• Müştəri Xidmət strukturları tərəfindən aparılan əməliyyatları dövrü olaraq məsafədən və səyyar yoxlamaq;
• Aparılan yoxlamalar zamanı dələduzluq (fraud) hallarını aşkarlamaq;
• Nəzarət sahəsi üzrə görülmüş işlər barədə təqdimat və hesabatlar hazırlamaq;
• Bankın və nəzarət tənzimləyici orqanların tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Nəzarət sahəsi üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |