Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.
Nəzarət şöbəsinin rəhbəri
İş barədə məlumat:
– Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir.
– Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir.
– Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir.
– Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir.
– Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir.
– Kreditlə bağlı sığorta müqavilələrinin müddətinə nəzarət edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır.
– Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları hazırlayır.
– Müştəri hesabları üzrə aparılan bütün əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır.
– Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi rəhbərinə aid digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
Ali iqtisadi təhsil,
bank sektorunda ən azı 3 il iş təcrübəsi,
dəqiqlik,
nəzarətetmə bacarığı,
qərarlar qəbul etmək bacarığı,
liderlik bacarıqları;
MS office proqramında işləmək bacarığı,
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 29 Mart 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |