7 C
Baku
Sunday, December 15, 2024

Korporativ Katib – PAŞA Sığorta ASC

0
Korporativ Katib – PAŞA Sığorta ASC
05.03.2019

“PAŞA Sığorta” ASC namizədləri Korporativ Katib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Sənədlərin, protokolların hazırlanması; 
• Tələb olunan məlumatların Şirkətin funksional bölmələrindən əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək, əmr və göstərişlərinin icralarına nəzarət etmək;
• İdarə Heyəti sədrinin keçirdiyi qəbulların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
• Şirkətin funksional bölmələrinin iclas və müşavirələrində iştirak etmək, görüşlərin nəticəsi  barədə İH Sədrinə yazılı və ya şifahi şəkildə məruzə etmək;
• Dövrü mətbuatda Şirkətin fəaliyyətinə dair çap olunmuş materialları toplamaq, təhlil etmək;
• Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırmaq;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirmək.

BİLİK VƏ BACARIQLAR

• Ali təhsil (Hüquq, ədəbiyyat, jurnalistika istiqamətində arzuolunandır)
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti,
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək;
• Sənədlərin qeydiyyatdan keçirilməsi və dövriyyəsinə nəzarət 
• Ofis proqramlarında işləmək bacarığı

Son müraciət tarixi: 31 mart, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta