6 C
Baku
Friday, March 1, 2024

Operativ Nəzarət üzrə Mütəxəssis – PASHA Bank

0
Operativ Nəzarət üzrə Mütəxəssis – PASHA Bank
Bakı
16.05.2023

İşiniz nədən ibarətdir?

  • İllik nəzarət planının hazırlanmasında iştirak;
  • Rəhbərlik tərəfindən təsdiq edilmiş monitorinq planına əsasən, həmçinin plandan kənar monitorinqlərin aparılması;
  • Bank əməkdaşlarının davranış məcəlləsinə, qanunlara, Mərkəzi Bankın qaydalarına, bankın siyasətinə və proseduralarına uyğunluğuna nəzarət və qeyd edilən normativ aktların tələblərinin pozulması halları üzrə yoxlamaların aparılması;
  • Aşkarlanmalar və tövsiyələrlə bağlı düzgün tədbirlərin həyata keçirilməsini təyin etmək məqsədilə müəyyən müddət aralığında adekvat monitorinqlərin aparılması;
  • İşin məhsuldarlığı və xidmətin keyfiyyəti məqsədi ilə digər struktur bölmələr ilə müntəzəm koordinasiya, kommunikasiyanın aparılması, komanda problemlərinin həll edilməsi;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına dair rəy və təkliflərin verilməsi;
  • Biznes proseslərin düzgün icra olunmasına nəzarət, nəticənin şöbə rəhbərinə hesabat şəklində təqdim edilməsi;
  • Müəyyən edilmiş pozuntular, nəticələr və tövsiyələrlə bağlı fəaliyyəti özündə cəmləşdirən hesabatın rəhbərliyə təqdim edilməsi;
  • Bankın fəaliyyəti ilə bağlı münasib şərtlərin təmini məqsədilə müstəqil və obyektiv məsləhət xidmətlərinin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat sahəsində və ya uyğun digər sahə üzrə ali təhsil (bakalavr).
  • Təcrübə: 3-5 il bank təcrübəsi.
  • Xarici dil: ingilis dili biliyi (səlis).
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.
  • Məhsul üzrə biliklər: bank məhsulları barədə məlumatlı olmaq
  • Digər: banklarda daxili nəzarət və komplayns, risk, daxili audit, maliyyə və xəzinədarlıq əməliyyatlarına nəzarət üzrə iş təcrübəsi.
  • Lisenziya / sertifikat: ACCA, CFE, CİA və ya digər sertifikatın olması arzu ediləndir.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi